Ankara mövqeyində israrlıdır

Ankara mövqeyində israrlıdır
  14 Dekabr 2024    Oxunub:1005
Türkiyə özünün enerji təhlükəsizliyini təmin etmək və qaz alqı-satqı əməliyyatlarını davam etdirmək üçün Rusiyanın “Qazprombank”ının sanksiya siyahısından çıxarılması üçün Vaşinqtona müraciət edib.
AzVision.az xəbər verir ki, “mənbələrə istinad edən Türkiyənin “Hürriyet” qəzeti belə məlumat yayıb.
Ankara bildirib ki, Türkiyənin “Qazprombank” vasitəsilə qaz alqı-satqı əməliyyatlarına istisna etmək üçün Vaşinqtondan razılıq alması vacibdir, əks halda ona qarşı sanksiyalar ölkənin enerji təhlükəsizliyinə mənfi təsir göstərəcək.

“Rusiya qazının Avropa İttifaqına tədarükü üçün rublla ödəniş “Qazprombank” vasitəsilə həyata keçirilir və onun sanksiyalar siyahısından çıxarılması Türkiyə üçün əlverişli olacaq. Türkiyə sanksiyalar ətrafında vəziyyəti fəal şəkildə öyrənir və “Qazprombank”ın siyahıdan yumşaq şəkildə çıxarılmasını gözləyir”, - qəzet yazır.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyadan ənənəvi enerjidaşıyıcıları alan Macarıstan da “Qazprombank”ın sanksiyalar siyahısından çıxarılması üçün Vaşinqtona müraciət edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   "Qazprombank"  





Xəbər lenti