Tbilisidə prezident seçkilərinə qarşı etiraz aksiyası keçirilir

   Tbilisidə prezident seçkilərinə qarşı etiraz aksiyası keçirilir
  14 Dekabr 2024    Oxunub:985
Gürcüstan parlamentinin qarşısına toplaşan müxalifət nümayəndələri və onların tərəfdarları ölkədə keçirilən prezident seçkilərinə etiraz edirlər.
Bu barədə TASS məlumat yayıb.

Etirazçılar oktyabrın 26-da keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını, yeni parlamentin legitim olmadığını və buna görə də qanunverici orqanın legitim prezident seçə bilməyəcəyini düşünürlər.

Gürcüstanda prezident seçkiləri başladı: Polis parlamenti əhatəyə alıb
"Parlamentin ətrafında əlavə polis bölmələri yerləşdirilib. Qanunverici orqanın yaxınlığındakı Azadlıq meydanında Daxili İşlər Nazirliyi xüsusi texnikaları da yerləşdirib. Bunlar su şırnaqları, akustik silahlar, polis əməkdaşlarının daşınması üçün nəzərdə tutulmuş avtobus və maşınlardır. Mitinq hələ ki, polislə toqquşma olmadan keçirilir", - nəşr yazıb.

Qeyd edək ki, parlamentin fəaliyyətini boykot edən müxalifət seçkilərdə iştirak etmir. Müxalif qüvvələr prezidentliyə namizədlərini də irəli sürməyiblər.

Gürcüstanda prezident seçkiləri yerli vaxtla saat 9:00-da başlayıb. Etirazçılar vətəndaşları parlament binasının qarşısına gəlməyə çağırıblar.

Gücüstan son bir ayda siyasi xaos yaşayır. Baş nazir İrakli Kobaxidze noyabrın 28-də ölkəsinin Avropa İttifaqına(Aİ) üzvlük danışıqlarının 2028-ci ilədək dayandırıldığını açıqlayıb. Bundan sonra ölkədə aksiyalar başlayıb. Etirazlar zamanı 400-dən çox müxalifətçi və fəal saxlanılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Gürcüstan   Seçki   Etiraz  





Xəbər lenti