Obamadan Putinə təcili zəng

Obamadan Putinə təcili zəng
  18 İyul 2014    Oxunub:870
ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Kremlin Mətbuat Mərkəzindən verilən açıqlamada bildirilir ki, telefon zəngində Putin Ukrayna ərazisində vurulduğu iddia edilən Malayziyanın sərnişin təyyarəsi ilə bağlı məlumat verib.

Telefon söhbətində Putin Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsinin vacibliyinə diqqət çəkərək bu ölkədən Rusiyaya gələn qaçqınların sayında artım olduğunu bildirib. Həmçinin Putin Obamanın nəzərinə bir neçə gün əvvəl Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı dediklərindən narazı qaldığını da çatdırıb.

Kremldən verilən məlumatda bildirilir ki, Rusiya prezidenti Malayziya baş naziri Nəcib Rezaka qəzada həyatını itirənlərlə bağlı başsağlığı verib.(ans)


Teqlər:  





Xəbər lenti