İsrailə növbəti zərbəni UEFA vurdu

İsrailə növbəti zərbəni UEFA vurdu
  18 İyul 2014    Oxunub:919
UEFA avrokuboklarda İsrail klublarının ev oyunlarının xaricdə oynaması barədə qərar verib.
UEFA-dan verilən şərhdə bildirilir ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar səbəbindən bölgədə futbol matçlarının keçirilməsi təhlükəlidir.

UEFA, həmçinin Rusiya ilə yaşanan böhranla əlaqədar Ukrayna klublarının avrokuboklarda oynayacağı matçlar barədə də qərar verib. Qurum oyunların Kiyev və Lvovda keçirilməsi qərarını dəyişərək matçların daha 2 şəhərdə - Dnepropetrovsk və Odessa şəhərlərində də keçirilməsinə qərar verib.

Bundan əlavə Rusiya və Ukrayna Futbol Federasiyalarının tələbi əsasında bu ölkələrin klublarının bir-biri ilə qarşılaşmasına məhdudiyyət qoyub. Bu məhdudiyyət hər 2 federasiyanın razılığı əsasında ortadan götürülə bilər.

UEFA ayrıca Klub Təşkilatları Məclisinin bu mövsümdən etibarən Çempionlar Liqası və Avropa Liqası qruplarında verilən sarı kartların dörddəbir finalda silinməsi ilə bağlı təklifini rədd edib.ans


Teqlər:  





Xəbər lenti