Atəşkəs xəbəri yalan çıxdı

Atəşkəs xəbəri yalan çıxdı
  17 İyul 2014    Oxunub:955
İsrail və HƏMAS arasında atəşkəsin əldə olunması barədə dünyanın aparıcı xəbər agentliklərində yayılan xəbər həqiqəti əks etdirmir.
AzVision.az-ın məlumatına görə, bu barədə “Ynet.co.il” nəşrinə müsahibəsində İsrailm rəsmiləri bildirib.

“BBC” telekanalının yaydığı bu xəbər “Qəzza” zolağından da öz təsdiqini tapmayıb.

Misir Xarici İşlər Nazirliyinin mətbuta attaşesi tərəflər arasında atəşkəs rejiminin əldə olunması üçün əllərindən gələni etdiklərini, lakin hələlik hər hansı bir razılaşma barədə danışmağın çox tez olduğunu bildirib.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiiyini elan edib. Hərbi əməliyyatlar başlayandan 204 fələstinli öldürülüb, 600 nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti