Rusiya Ukrayna qırıcısını vurdu

Rusiya Ukrayna qırıcısını vurdu
  17 İyul 2014    Oxunub:888
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (UMTM) hesab edir ki, Ukraynaya məxsus “Su-25” təyyarəsi Rusiya hərbi təyyarəsi tərəfindən vurulub.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

UMTM-un mətbuat katibi Andrel Lısenko baş vermiş hadisəni təxribat adlandırıb və əlavə edib ki, pilot təyyarəni vaxtında tərk edib. Gazırda o təhlükəsiz yerdədir.

Onun sözlərinə görə, hadisə 16 iyul yerli vaxtla 19:00-da baş verib.
Rəsmi Kreml hələki hadisəni şərh etmir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti