Yatsenyuk: `Rusiya cavab verəcək`

Yatsenyuk: `Rusiya cavab verəcək`
  17 İyul 2014    Oxunub:967
Rusiya Ukraynaya qarşı müharibəyə görə cavab verəcək.
AzVision.az Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin iclasında baş nazir Arseniy Yatsenyuk bildirib.

“Cavab vermək vaxtı çatıb. Beynəlxalq hüququn pozulması, hərbi təcavüz, Rusiyadan Ukrayana ərazisinə davamlı olaraq silah çatdırılması, Ukraynada dinc sakinləri öldürən yaraqlıların maliyyələşdilməsinə görə cavab vermək vaxtı çatıb” – deyə, Yatsenyuk bildirib.

Yatsenyuk vurğulayıb ki, Rusiyanın Avropa İttifaqını bölmək və onun ABŞ-la birgə hərəkət etməyə mane olmaq cəhdləri iflasa uğradı: “Bizim Qərb tərəfdaşlarımız, ABŞ və Aİ-yə üzv ölkələri prezidentlərinin birgə qərarı ABŞ və Aİ-nin birliyini, onların demokratiya ənənələrini sadiqliyini göstərdi”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti