Rusiyaya qarşı sanksiyalar sərtləşdirildi

Rusiyaya qarşı sanksiyalar sərtləşdirildi
  17 İyul 2014    Oxunub:1120
ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunan sanksiyaları sərtləşdirib.
AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, buna səbəb rəsmi Moskvanın Ukrayna ilə bağlı tutduğu mövqedir.

Sanksiyalar bir sıra iri banklara, energetika və müdafiə korporasiyalarına, “Donetsk və Luqansk Xalq Respublikalarına” o cümlədən bir sıra yüksək rütbəli məmurlara tətbiq olunub.

Sanksiyalar siyahısına Rusiya Dövlət Dumasının vitse-spikeri Sergey Nevereov,Rusiya prezidentinin müşaviri, İqor Şeqelov, Krım üzrə federal nazir Oleq Savalyev, Federal Təhüləsizlik Xidmətinin rəisi Sergey Besadanın adları daxil edilib.

Sanskiyaların tətbiq olunduğu şirkətlər siyahısında isə Rusiyanın “Novotek”, “Rosneft”, “Vneşekanombank” və “Qazprombank” kimi iri şirkətləri daxil olmaqla xeli sayda müəssisənin adı daxil edilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti