Oruc tutmayanlar həbs olunacaq

Oruc tutmayanlar həbs olunacaq
  17 İyul 2014    Oxunub:983
Mərakeşdə çıxarılan bir qərar hamını heyrətə gətirib.
Mərakeşdə oruc tutmayaraq meydan və küçələrdə yemək yeyən biri görüldükdə ona 5 ay həbs cəzası veriləcək.

Ölkənin cənub hissəsində yerləşən Tiznit şəhərində Həsən B. adlı şəxs gündüz saatlarında – hamının oruc olduğu bir vaxtda əsas prospektdə yemək yeməsinə görə polis tərəfindən saxlanılıb. İşi məhkəməyə göndərilən Həsən B.-yə 5 ay həbs cəzası verilib.

Qeyd edək ki, üzrlü bir səbəb olmadıqca, ramazan ayı müddətində hansısa iaşə obyektlərində, küçədə və orucluların görə biləcəyi yerlərdə nəsə yemək Mərakeş qanunlarına əsasən qadağandır. Qanuna qarşı çıxan şəxslər haqqında 2 aydan 6 aya qədər həbs qərarı və 120 dirhəm pul cəzası göstərilir.(Ans)


Teqlər:





Xəbər lenti