Əsəd söz verdi: Torpaqlar geri alınacaq

Əsəd söz verdi: Torpaqlar geri alınacaq
  17 İyul 2014    Oxunub:918
Bu gün III müddətə prezidentlik səlahiyyətlərinin icrasına başlayan Suriya prezidenti Bəşər Əsəd inaqurasiya mərasimində önəmli açıqlamalar verib.
Rusiya, İran və Çin, həmçinin Livan "Hizbullah"ına təşəkkür edən Bəşər Əsəd İraq və Şam İslam Dövləti (IŞİD) qruplaşmasının əlində olan Suriya torpaqlarının geri alınacağına söz verib.

Terroru dəstəkləyən ərəb və Qərb ölkələrinin bunun əvəzini ağır ödəyəcəklərini söyləyən Əsəd Suriyanın hər bölgəsində təhlükəsizliyi təmin edilənəcən yaraqlılarla mübarizənin davam edəcəyini bildirib.

İsrailin Qəzzaya etdiyi hücumlara toxunan Bəşər Əsəd ərəb ölkələrinin Fələstinə yardım etmədiyinə görə tənqid edib:

"Fələstin mövzusu Suriya üçün "əsas məsələ" olaraq qalacaq"(Ans)


Teqlər:  





Xəbər lenti