Avtobus qəzası: 17 ölü

Avtobus qəzası: 17 ölü
  16 İyul 2014    Oxunub:1826
Misirin cənubunda avtobus və yük maşının toqquşması nəticəsində ən azı 17 nəfər ölüb, 25 nəfər isə yaralanıb.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Hadisə Safaqa şəhəri yaxınlığında baş verib. Yaralıların vəziyyəti ağır olduğundan ölənklərin sayının artacağı istisna edilmir.

Misirdə ümumilikdə il ərzində yol qəzaları nəticəsində təxminən 10 minə yaxın insan ölür.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti