Netanyahu: `Əməliyyatlar davam edəcək`

Netanyahu: `Əməliyyatlar davam edəcək`
  15 İyul 2014    Oxunub:985
Fələstin atəşkəs barədə təklif i qəbul etməsə, İsrail hərbi əməliyyatları genişləndirəcək.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerlə birgə təşkil olunan mətbuat konfransında bildirib.

“Sarsılmaz qaya” əməliyyatın əsas məqsədi İsrail sakinlərinin dincliyini pozan HƏMAS və digər terror təşkilatlarına ağır zərbə vurmaqdır və bu həftə biz bu təşkilatlara ciddi zərbə vurduq. Biz Qəzza sektorunda terrorçular tərəfindən istifadə edilən raket arsenalı və tunellərin təmizlənməsi məqsədilə Misir tərəfinin atəşkəslə bağlı təklifini qəbul etdik. Əgər HƏMAS atəşkəsin elan olunması ilə bağlı təklifi qəbul etməsə və indiki halda onun bu təklifi qəbul etməyəcəyi görsənir, İsrail hərbi əməliyyatların davam etdilməsi və regionda sabitliyin təmin olunması üçün əsasa malik olacaq” – deyə, Netanyahu bildirib.

Eldar Tanrıverdiyev



Teqlər:  





Xəbər lenti