Bayrağa bürün, elnən sürün - FOTOSESSİYA

Bayrağa bürün, elnən sürün - FOTOSESSİYA
  15 İyul 2014    Oxunub:1344
İranda futbol üzrə dünya çempionatına həsr olunmuş moda nümayişinə dövlət tərəfindən qadağa qoyulub.
AzVision.az xəbər verir ki, bayraqlı geyimlərin üzərində İran milli yığmasının emblemi olan moda nümayişinin bağlanmasına səbəb isə ölkə bayrağının paltar kimi geyinilməsi olub.

Moda nümayişinin qadağan olunmasının səbəblərindən biri də izləyicilərin arasında kişilərin də olmasıdır. Ölkədə ilk və tək moda agentliyi olan Violetin bağlandığı bildirilir.

Qeyd edək ki, adı çəkilən moda nümayişi iyunun 24-də baş tutub.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti