İsrail atəşkəs elan etdi

İsrail atəşkəs elan etdi
  15 İyul 2014    Oxunub:869
İsrail Misirin atəşkəs çağırışını qəbul etdi.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirliyinin sözcüsü Ofir Gendelman rəsmi Tvitter hesabında yazıb. O bildirib ki, ölkənin baş naziri Benyamin Netanyahunun bu gün keçirdiyi iclasda Misirin atəşkəs təklifini qəbul edilib.

Qərar əsasən Bakı vaxtilə saat 11:00-dan etibarən atəşkəs elan edilib.
Qeyd edək ki, ötən gün Misir rəhbərli İsrailin Qəzzaya hücumlarının dayandırılması üçün rəsmi Təl-Əvivə atəşkəs çağırışı etmişdi.

İsrailin Qəzzaya hücumu nəticəsində son bir həftədə 189 nəfər ölüb, 400 nəfər isə yaralanıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti