Kürdlər İraqı üç yerə bölür

Kürdlər İraqı üç yerə bölür
  15 İyul 2014    Oxunub:1005
İraq dövləti müstəqil Kürdüstanda daxil olmaqla üç hissəyə parçalanmalıdır.
AzVision.az-ın məlumatına görə, bu barədə “BBC”-yə müsahibəsində kürdüstan Müxtariyyətinin xarici işlər naziri Fələh Mustafa Bakir bildirib.

Nazirin sözlərin görə, İraqın hazırda düşdüyün böhrana görə, məsuliyyəti mərkəzi hökumətin baş naziri Nuri Maliki daşıyır və o, istefaya göndərilməlidir.

Qeyd edək ki, bu gün İraq parlamenti öz fəaliyyətini bərpa edir və məclis yeni hökumət formalaşdırmağa çalışacaq. Daha əvvəl Nuri əl-Maliki kürdləri İŞİD-a yardım etməkdə ittiham edib. Buna cavab olaraq isə, kürd əsilli nümayəndələr Malikinin başçılıq etdiyi nazirlər kabinetindən istefa verib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti