Putin ABŞ-a qarşı mübarizəyə səslədi

Putin ABŞ-a qarşı mübarizəyə səslədi
  15 İyul 2014    Oxunub:1175
Rusiya prezidenti Vladimir Putin BRHCC ölkələrini (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) ABŞ və onun tərəfdaşları ilə razı olmayan ölkələri dəstəkləməyə çağırıb.

AzVision.az-ın məlumatına görə, bu barədə Putin BRHCC ölkələrinin sammiti ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.

“Sammitdə qaldırmaq istədiyimiz vacib məsələlərdən biri hər hanı bir ölkələrə qarşı birtərəfli sankiyaların tətbiq olunmasıdır” –deyə, Putin bildirib. O,vurğulayıb ki, hazırda Rusiya ABŞ və onun tərəfdaşları tərəfindən “sanksiya hücumuna” məruz qalır.

Onun sözlərinə görə, ABŞ və onun tərəfdaşlarının bu və ya digər xarici qərarları ilə razılaşmayan ölkələri qorumaq məqsədilə BRHCC ölkələri “tədbirlər planı” hazırlamalıdır.

Eyni zamanda Putin vurğulayıb ki, BRHCC ölkələri hərbi-siyasi alyans yaratmaq niyyətində deyil: “Qarşılıqılı konsultasiyalar BMT-də daxil olmaqla, beynəlxalq təşkilatlarda birgə çıxış etmək təcrübəsini genişləndirəcəyik. Perspektivdə isə BRHCC ölkələrinin virtual katibliyini yaradacağıq”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti