Kritik görüş: İran ABŞ-la razılaşmadı

Kritik görüş: İran ABŞ-la razılaşmadı
  15 İyul 2014    Oxunub:890
İran İslam Respublikasının nüvə proqramı ilə əlaqədar Vyanada aparılan danışıqlar davam edir. İyulun 14-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə ABŞ-nın dövlət katibi Con Kerri arasında müzakirələr aparılıb.

Görüşdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran M.C. Zərif bildirib ki, danışıqlarda hələlik heç bir nəticə əldə edilməyib. Lakin müzakirələr davam etdiriləcək və qarşıda 7 çətin gün vardır. İranlı nazir qarşıdakı günlərdə razılaşmanın əldə edilməsi üçün başçılıq etdiyi heyətin var gücü ilə çalışacağını qeyd edib.

ABŞ dövlət katibi C. Keri isə qeyd edib ki, iranlı həmkarı ilə keçirdiyi ikitərəfli görüş çətin olub. Lakin buna baxmayaraq müzakirələr davam etdiriləcək. Dövlət katibi qeyd edib ki, bu müzakirə hələ yolun başlanğıcıdır.




Teqlər:  





Xəbər lenti