Maradonna: `Messi qızıl topa layiq deyil`

Maradonna: `Messi qızıl topa layiq deyil`
  14 İyul 2014    Oxunub:1223
Argentinanın əfsanəvi oyunçusu Dioqo Maradonna dünya çempionatının ən yaxşı oyunçusuna təqdim edilən “Qızıl top”un Messiyə verilməsinin düzgün olmadığını bəyan edib.
Bu barədə azVision.az Qərb KİV-nə istinadən xəbər verir.

“Marketinq şirkətləri ona layiq olmadağı mükafatın verdilər. Bunu doğru qərar adlandırmaq olmaz. Mən onun mükafat almaq istəmədiyini gördüm” –deyə, Maradonna Argentinanın “Ole” nəşrinə müsahibəsində bildirib.

Maradonna o cümlədən çempionatın ən yaxşı oyunçusunun Xames Rodriqez olduğunu bildirib. Qeyd edək ki, Rodriqez Dünya Çempionatında keçirdiyi beş oyunda altı dəfə fərqlənib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti