Messi almanlara meydan oxudu: ` Nə mümkündürsə edəcəyik`

Messi almanlara meydan oxudu: ` Nə mümkündürsə edəcəyik`
  13 İyul 2014    Oxunub:927
Argentina yığmasının hücumçusu Lionel Messi 2014-cü il dünya çempionatında Almaniyaya qarşı final matçı ərəfəsində bildirib ki, onun komandası qalib gəlmək üçün nə mümkündürsə, edəcək.
“Barselona”nın forvardının fikrincə, Dünya Kubokuna sahib olmaq hər bir futbolçunun ən böyük arzusudur.

Messi deyib: “Mən dünya çempionu adı üçün bütün şəxsi nailiyyətlərimdən keçərdim. Dünya Kubokunu “Ən yaxşı oyunçu” adından üstün tutaram. Bu turnirdə qələbə futbolçu üçün ən böyük nailiyyətdir. Mən “Barselona” komandasındakı tərəfdaşlarımdan soruşanda ki, dünya birinciliyində qalib gəlsək, necə olar, - onlar cavab verdilər ki, bunu izah etmək çətindir. Biz bu arzunu gerçəkləşdirmək üçün əlimizdən gələni edəcəyik”.

Argentina komandası dünya çempionatının pley-off mərhələsində zəif futbol nümayiş etdirib. Üç matçda cəmi iki top vurulub, bu üç matçın ikisində qalibi müəyyən etmək üçün əlavə vaxt lazım gəlib.

Mütəxəssislərin çoxu indidən deyir ki, əgər Cənubi Amerika futbolçuları çempion olsa, onlar dünya birincilikləri tarixində ən zəif qaliblər olacaqlar. Braziliyada keçirilən dünya çempionatında Messi dörd qol vurub və bu qolların hamısı qrup mərhələsinə təsadüf edib.


Teqlər:  





Xəbər lenti