Vaşinqton Ukraynaya yardımın hədəflərini açıqlayıb
“Biz Ukraynanın şimal-şərqində Rusiyanın hücumunu diqqətlə izləyirik və bu hücumları dəf etmək naminə Ukrayna əsgərlərinə silah və texnika çatdırmaq üçün gecə-gündüz işləyirik”, - ABŞ-nin son həftələrdə Kiyevə yeni hərbi yardım ayırdığını xatırladan Kirbi vurğulayıb.
Amerikalı məmur 2 milyard dollarlıq yardımın 4 məqsədə çatmaq üçün xərclənəcəyini bildirib.
Əvvəla, Rusiyanın hücumunu dəf etmək üçün Ukraynaya silah və texnika almağa dəstək veriləcək.
İkincisi, Ukrayna hərbi sənaye kompleksinə investisiya qoyulacaq.
Üçüncüsü, ABŞ-dan başqa digər ölkələrdən də hərbi texnika almaq üçün Ukraynaya kömək ediləcək.
Dördüncüsü, bu vəsaitlər digər ölkələrə Rusiyanın silah sistemlərinin istifadəsindən uzaqlaşmağa kömək edə və Ukraynaya ianələri stimullaşdıra bilər.
Beləliklə, Vaşinqton Ukraynaya hər cür hərbi yardım göstərməyə və müttəfiqlərini də buna stimullaşdrlmaq üçün müxtəlif variantlara əl atmağa hazır olduğunu bir daha təsdiqləyib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: