Rusiya Gürcüstanla danışıqlara hazırdır

   Rusiya Gürcüstanla danışıqlara hazırdır
  18 May 2024    Oxunub:950
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bildirib ki, o, Gürcüstanın baş nazirinin Rusiya Federasiyası ilə əlaqələr üzrə yeni xüsusi nümayəndəsi Georgi Kadjai ilə hələlik əlaqə saxlamayıb.
Bu barədə "TASS" xəbər verirb. “Bizim Zurab Abaşidze ilə əlaqə kanalımız var idi. Onunla uzun illər ünsiyyətdə olmuşuq. İndi Zurab Abaşidzenin yerinə yeni şəxs təyin olunub. Onunla hələ heç bir əlaqəm olmayıb. Amma ehtiyac olarsa, biz buna hazırıq”, - deyə Karasin “Rusiya - İslam Dünyası: KazanForum” forumunda müvafiq sualı cavablandırarkən bildirib.

Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze martın 12-də bildirib ki, Giorgi Kadjai baş nazirin Moskva ilə əlaqələr üzrə yeni xüsusi nümayəndəsi təyin edildikdən sonra Gürcüstan hakimiyyəti Rusiyaya qarşı praqmatik siyasət yürütməyə davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti