"Yeni Kaledoniya Bakı Təşəbbüsünə ümidlidir" - Politoloq
“Makron təhlükəsizlik komissiyasının iclasında yeni Kaledoniyada fövqəladə vəziyyətin tətbiq olunmasını təklif etdi. Bunun ardınca başqa sərt addımların atılacağı gözlənilən idi. Ordunun əraziyə yeridilməsi haqqında qərar qəbul olundu. Çox sayda ölən, həbs olunanlar var. Elə bunun özü kütləvi qətliam kimi qiymətləndirilə bilər.
Amma məsələnin əsas tərəfi ondan ibarətdir ki, Yeni Kaledoniya Fransa müstəmləkəsinə dözmək niyyətində deyil. Çünki artıq elə bir mərhələdir ki, neokolonializmə qarşı mübarizə getdikcə sistemli xarakter alıb. Bu, təkcə Yeni Kaledoniya ilə sərhədlənmir. Azərbaycan da neokolonializmə qarşı mübarizə aparan dövlətlərin cəbhəsində xüsusi yer almaqdadır.
Etiraz aksiyalarında Azərbaycanın bayraqlarının dalğalanması onu nümayiş etdirir ki, Yeni Kaledoniya əhalisi Bakı təşəbbüsünə də çox böyük ümidlər bəsləyir.
Fransa növbəti dəfə irticaçı dövlət imicini möhkəmləndirmiş oldu. Baxmayaraq ki, Paris başqa dövlətlərə, xalqlara bəşəri dəyərlər haqqında dərs keçməyə çalışır, özünün təfəkkürü orta əsrlər feodal təfəkküründən çox da uzaqlaşmayıb. Elə bu gün israrla imperiya siyasətini həyata keçirməyə çalışan Fransa olduqca təhlükəli bir president təqdim etməkdədir”.
Deputatın sözlərinə görə, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olsa da, başqa xalqlara münasibətdə sözün əsl mənasında terror həyata keçirir:
“Ümumiyyətlə, Fransa kimi neokolonializm siyasətini aşkar şəkildə həyata keçirən, Yeni Kaledoniyaya ordu yeridən bir ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü ola bilməz. Nəzərə almaq lazımdır ki, artıq beynəlxalq münasibətlər düzəni dəyişir. Çoxqütblü dünya əlamətləri görülməkdədir. Ayrı-ayrı ölkələr neokolonializmə qarşı mübarizədə daha ciddi fəallıq nümayiş etdirməli və yeni Kaledoniya əhalisinin azadlıq mücadiləsinə dəstək olmalıdırlar”.
Politoloq Tofiq Abbasov isə bildirib ki, fransalıların son iki-üç əsr ərzində dənizaşırı torpaqlarda rusvayçı siyasət yeritməsi onlara dividentlər gətirib:
“Onlar başqalarını malını mənimsəyərək varlanmağa çalışıblar. İmperiya siyasətini həyata keçirlənlər üçün bu, çox əlverişli bir yanaşma idi. İndi isə Yeni Kaledoniyalılar özlərini ifadə etmək istəyirlər. Bu onların təbii haqqıdır və buna heç kəs göz yummalı deyil. BMT səviyyəsində Azərbaycan diplomatiyasının yaratdığı Bakı təşəbbüs qrupu var. O qrup Fransanın rusvayçı neomüstəmləkəçi siyasətini məhkum edir, digər tərəfdən dünya birliyinə çatdırır ki, onlar başqa xalqları əsarətdə saxlayırlar, onların imkanlarından yararlanırlar”.
Politoloqun fikrincə, Azərbaycanın ağıllı diplomatiyası Fransanı çox çıxılmaz bir vəziyyətə salıb:
“Fransa Yeni Kaledoniyada üzləşdiyi bu böhranla bağlı Azərbaycanı ittiham etməyə çalışır. Bu, Fransa hakimiyyətinin çox zəif olmasına işarə edən bir göstəricidir. Çünki Fransa Qafqazda həmişə ermənipərəst mövqe tutmağa çalışıb, Azərbaycanın ərazi bütövlüyünə etinasız yanaşıb. İndi isə Yeni Kaledoniyada bu böhranla üzləşən Fransa hökuməti bizi separatçılığa dəstək verməkdə ittiham edir. Amma burada məsələ Yeni Kaledoniya xalqının özünün müqəddəratını həll etmək istəyidir.
Azərbaycanla Yeni Kaledoniya arasnda 14000 kilometr, Fransa ilə isə 17000 km məsafə var. Azərbaycan sadəcə Yeni Kaledoniya xalqının səsini dünyaya çatdırır. Bununla da rəsmi Parisin qıcığına səbəb olur. Amma biz düz yoldayıq və çalışırıq ki, Yeni Kaledoniya xalqı da özü öz hüquqlarını bərpa etsin. Fransa hökumətinin və xüsusilə də Makronun zəifliyinin şahidi oluruq. O, başını itirmiş siyasətçiləri xatırladır. Atdıqları addımlar, qərar verdiyi işlər Fransaya başucalığı deyil, yalnız və yalnız imic və fiziki itkilər gətirir”.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: