Futbolçular maaşlarını Fələstinə bağışladı

  03 İyul 2014    Oxunub : 324
Futbolçular maaşlarını Fələstinə bağışladı
Əlcəzair futbolçuları futbol üzrə Dünya çempionatında çıxışlarına görə əldə edəcəyi pul mükafatlarını Qəzza sakinlərinə veriblər.
Bu barədə AzVision.az “Football Target”ə istinadən xəbər verir.
Bu aksiyanın təşəbbüskarı Əlcəzair millisinin hücumçusu İslam Slimani olub. O, bildirib ki, Qəzzadakı insanların bu pula daha çox ehtiyacı var. Əlcəzair millisinin oyunçuları Fələstinə 9 milyon dollar bağışlayıblar.

Qeyd edək ki, daha əvvəl Yunanıstan millisini oyunçuları öz maaşlarını ölkədə uşaq futbolunun inkişafına bağışlayıblar.

Eldar Tanrıverdiyev

Teqlər: