Pərviz Şahbazov BMT rəsmisi ilə görüş keçirib - FOTO
Azərbaycan və BMTİP uzunmüddətli əməkdaşlıq əlaqələrinin enerji sahəsində inkişafı “yaşıl enerji” texnologiyaları, enerji səmərəliliyindən geniş istifadə, həmçinin BMT qurumun İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik müstəvisində nəzərdən keçirilib və əməkdaşlıq imkanları dəyərləndirilib.
Azərbaycanın hazırda bərpa olunan enerji mənbələrinin istehsalı və ixracı, regional “yaşıl enerji” interkonnektorlarının qurulması üzrə həyata keçirdiyi layihələrin icra vəziyyəti, həmçinin enerji səmərəliliyi sahəsində görülən tədbirlərdən bəhs edilib. Azad edilmiş ərazilərin enerji təminatının “yaşıl enerji zonası” konsepsiyasına əsaslandığı, burada istehsal olunan enerjinin daxili istehlakla bərabər ixraca yönəldilməsi ilə bağlı planları qeyd olunub.
Söhbət zamanı bələdiyyə, ictimai binalar, məktəblərdə enerji səmərəliliyi aspektində tədbirlərin görülməsi, yeni yaradılmış “Enerji Effektivliyi Fondu”nun fəaliyyəti, bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması, həmçinin “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması və həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Ölkənin bərpa olunan enerjinin inkişafı istiqamətində həyata keçirdiyi kurs təqdir edilib və BMT-nin inkişaf Proqramının müvafiq istiqamətlərdə əməkdaşlığa hazır olduğu bildirilib.
AzVision.az
Teqlər: Energetika-Nazirliyi BMT COP29 görüş