Rayonlara yağış yağacaq

Rayonlara yağış yağacaq
  19 Aprel 2024    Oxunub:644
Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi 20-də bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

AzVision.az


Teqlər: hava   yağış   xəbərdarlıq  





Xəbər lenti