Almaniya da 1/4 finala çıxdı - FOTOLAR

Almaniya da 1/4 finala çıxdı - FOTOLAR
  01 İyul 2014    Oxunub:1093
Braziliyada futbol üzrə XX dünya çempionatı davam edir.
AzVision.az-ın məlumatına görə, mundialın pley-off mərhələsi çərçivəsində Almaniya və Əlcəzair milli komandaları qarşılaşıblar.

Braziliyalı baş hakim Sandro Riccinin idarə etdiyi oyunun əsas vaxtında hesab açılmayıb.

Görüşün əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Matçın 92-ci dəqiqəsində Almaniya millisinin futbolçusu Andre Şüerrle hesabı açıb. Oyunun 120-ci dəqiqəsində Məsut Özil ikinci topu Əlcəzair millisinin qapısından keçirib. Bir dəqiqə sonra əlcəzairli futbolçu Djabou hesab arasındakı fərqi azaldıb.

Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən Almaniya millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib.

Növbəti mərhələdə Almaniya millisi Fransa yığması ilə qarşılaşacaq. Oyun iyulun 4-də keçiriləcək.

Qalereya




Teqlər:  





Xəbər lenti