Çin ordusu Cənubi Çin dənizində təlimləri gücləndirib

   Çin ordusu Cənubi Çin dənizində təlimləri gücləndirib
  09 Aprel 2024    Oxunub:540
Çin Silahlı Qüvvələri regionda sabitliyi qorumaq üçün Cənubi Çin dənizində hərbi təlimləri gücləndirir.
Bu barədə Çin Xalq Azadlıq Ordusunun (AXO) Cənub Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Tyan Tsunli bildirib. Onun bəyanatında qeyd edilib ki, aprelin 7-8-də Çin Xalq Azadlıq Ordusunun dəniz qüvvələri və döyüş təyyarələrinin iştirakı ilə cənub sularında patrul və kompleks təlimlər həyata keçirib.

“Cənub Döyüş Komandanlıq Zonası hərbi hazırlığını gücləndirməyə davam edir, daim yüksək döyüş hazırlığını saxlayır, milli suverenliyi və təhlükəsizliyi qətiyyətlə qoruyur, Cənubi Çin dənizində sülh və sabitliyi təmin edir”.


AzVision.az



Teqlər:





Xəbər lenti