Cefri Saks: COVİD-19 ABŞ-nin GoF layihəsinin məhsuludur

   Cefri Saks:    COVİD-19 ABŞ-nin GoF layihəsinin məhsuludur
  08 Aprel 2024    Oxunub:933
BMT Baş katibinin səlahiyyətli nümayəndəsi Ceffri Saks COVID-19 pandemiyasının gizli tədqiqatların aparıldığı ABŞ laboratoriyasından təhlükəli bakteriyaların sızması səbəbindən başladığını iddia edib.
AzVision.az xəbər verir ki, ABŞ-nin Kolumbiya universitetinin Davamlı İnkişaf mərkəzinin direktoru Ceffri Saksın açıqladığı memornadumda SARS-CoV-2 (COVİD-19) virusunun yaradılmasına və yayılmasına görə Amerikanın tam məsuliyyət daşıdığı vurğulanır.

BMT Baş katibinin nümayəndəsi kimi ABŞ-nin COVID-19 pandemiyasındakı rolu ilə bağlı materiallar toplayan Saksın iddiasına görə, ABŞ hökuməti COVID-19 pandemiyasına səbəb olan materialın sızması ilə nəticələnə biləcək təhlükəli laboratoriya tədqiqatları proqramını maliyyələşdirib və dəstəkləyib. Nəticədə Vaşinqton özünü mümkün rolunu ört-basdır etmək üçün yalan danışıb.

SARS-CoV-2-nin laboratoriya mənşəli olduğunu göstərən çoxlu məlumat mövcuddur. Bu barədə “The Intercept” və “US Right to Know (USRTK)” nəşrləri xəbər verib. USRTK-in əməkdasşı Emili Kopp bununla bağlı bir çox araşdırma işləri aparıb, indi isə Koronavirus pandemiyası üzrə yaradılmış Alt Komitə yaranmış vəziyyətdən xeyli qayğılanıb. Belə ki, Birləşmiş Ştatlar öz əməllərinə görə dünyaya kompensasiya vermək öhdəliyi ilə üzləşə bilər.
Hazırda ABŞ-nin Milli Sağlamlıq institutu (NİH) hərbi və kəşfiyyat orqanlarının tədqiqat bölmələrinə çevrildiyi, Müdafiə nazirliyinin isə doktor Entoni Fauçinin Milli Allergiya və Yoluxucu xəstəliklər İnstitutunun (NİAİD) işini maliyyələşdirdiyi aşkarlanıb.


Burada bioloji müharibə və biomüdafiə, həmçinin bioloji müharibədən və ya patogenlərin təsadüfi laboratoriya tullantılarından qorunmaq sahəsində işlər aparılıb.
Problem ondadır ki, Gain of Function (GoF) patogenləri genetik olaraq dəyişdirməyə yönəlmiş laboratoriya təcrübələrini nəzərdə tutan proqramdır. Açıqlanan sənədlərə əsasən, laboratoriyadan çıxmaq ehtimalı baxımından, istənilən belə təcrübə hətta nəzəri baxımdan təhlükəlidir.

Bu ehtimalı ordu virusoloqu, sonradan pandemiyanın başlanğıcında Xəstəliklərə Nəzarət mərkəzlərinin (CDC) direktoru olmuş doktor Robert Redfild birmənalı şəkildə vurğulayıb.
GoF-un fəaliyyəti prosesində tədqiqatçılar təhlükəsizlik səviyyəsini BSL-3 və ya BSL-4 həddinə qaldırıblar. NIH-in dəstəklədiyi işçi qrup isə (EcoHealth Alliance) funksional gücləndirmə tədqiqatlarının bir hissəsini Çindəki Uhan Virusologiya İnstitutuna (WIV) köçürməyi təklif edib.

Amma istənilən halda bu, ABŞ-nin tədqiqatı kimi davam edib, çünki alimlər DEFUSE proqramını həyata keçirmək üçün NIH-dən davamlı maliyyə vəsaitləri alıblar.
Virusun ilk epidemiyası 2019-cu ilin sonunda Uhanda qeydə alınıb və virusoloqların fikrincə, SARS-CoV-2-nin çox güman ki, “koronavirusun funksiyalarının gücləndirilməsi üzrə tədqiqatlar” nəticəsində ortaya çıxması ilə olub.


Lakin həqiqəti gizlətməyə çalışan NİH-in rəhbərliyi, o cümlədən direktor Frensis Kollinz və NIAID-in direktoru Entoni Fauçi virusun təbii mənşəli olduğu ideyasını irəli sürdülər. Bunun ardınca isə, Çinin günahı ilə bağlı iddialar səsləndirilməyə başladı. Halbuki, epidemiyanın səbəblərini, mənşəyini və mənbəyini araşdıran ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) SARS-CoV-2-nin çox güman ki, laboratoriyada yarandığı qənaətinə gəlib.

“Nəticədə məlum oldu ki, virus təhlükəli ştammın yaranmasına, sonra isə bütün dünyada pandemiyaya səbəb olan GoF tədqiqat proqramının nəticəsidir. Ölümlər və itkilər son nəticədə milyonlarla və milyardlarla ölçüldü”, - Ceffri Saksın bəyan ediyi memurandumda deyilir.

Onun fikrincə, ABŞ hökumətinin hələ bu günə qədər də “biomüdafiə” (GoF) proqramını maliyyələşdirdiyi istisna deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   COVİD-19  





Xəbər lenti