Ukraynada 16 yaşlı xüsusi təyinatlı öldürülüb

Ukraynada 16 yaşlı xüsusi təyinatlı öldürülüb
  08 Aprel 2024    Oxunub:1111
Ukraynanın məşhur "Azov" batalyonunun azyaşlı üzvü öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” ictimai hərəkatının rəhbəri Vladimir Roqov Telegram kanalında məlumat yayıb.

Zelenskinin sevimli kəşfiyyatçısını "Kinjal"la vurdular - FOTO
Məlumata görə ölən döyüşçünün cəmi 16 yaşı olub. Bu informasiya Ukrayna müharibəsindən əvvəl yerli sakinlərin məlumatlarının daxil edildiyi elektron məlumat bazası ilə də təsdiqlənib.

Roqov qeyd edib ki, Sumi vilayətinin administrasiyası nekroloq yayaraq öldürülən yaraqlının yaşına iki il yarım da əlavə edib.

Yeniyetmənin ölüm yeri dəqiqləşdirilməyib. Bir müddət öncə qondarma "DXR" rəhbərinin müşaviri İqor Kimakovski Çasov Yar kəndində "Azov" mövqelərinə bir sıra hücumlar təşkil edilməsi barədə məlumat yaymışdı. Hücumlardan birinin nəticəsində xeyli yük maşınından ibarət Ukrayna Silahlı Qüvvələrinin ehtiyat hissələrinin olduğu karvan vurulub. Ehtimal edilir ki, azyaşlı döyüşçü məhz həmin karvanda olub.
AzVision.az



Teqlər:   Ukrayna  





Xəbər lenti