İrəvandan yeni "islahat": Əsgərlər daha "Ura!" deməyəcəklər
Qeyd edilir ki, təntənəli "Ura!"nı komandir şəxsi heyəti təbrik edən vaxtı səslənəcək "Keççe" nidası əvəzləyəcək. “Keççe” isə erməni dilindən tərcümədə “yaşasın” deməkdir.
Eyni zamanda, Ermənistan ordusu hərbçinin öz rəislərinə cavab verən zaman digər Sovet ordusundan qalmış “Oldu” və s. kimi hərbi cavabları dəyişməyi planlaşdırmır.
Ermənistan Müdafiə Nazirliyi yeni nizamnaməyə keçidin orduda ümumi islahatlar çərçivəsində həyata keçiriləcəyini bəyan edib. Qurum həmçinin açıqlamasında əlavə edib ki, qarşıya nizamnamənin digər ölkələrin ordularının modelinə uyğunlaşdırılması vəzifəsi qoyulmayıb.
AzVision.az
Teqlər: Ermənistan