Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinqdə bildirib. “Çin ABŞ-ın Asiya-Sakit Okean regionunda orta mənzilli raketlər yerləşdirməsinə və hərbi sahədə birtərəfli üstünlük əldə etmək üçün onların ÇXR sərhədləri yaxınlığında yerləşdirilməsinin intensivləşdirilməsinə həmişə qətiyyətlə qarşı çıxıb”, - o vurğulayıb.
Mao Nin Vaşinqtonu “digər dövlətlərin təhlükəsizlik maraqlarına səmimi hörmətlə yanaşmağa və Asiya-Sakit okean regionunda sülh və sabitliyə xələl gətirməyi dayandırmağa” çağırıb.
AzVision.az