Zaxarovadan Kiyevin NATO mövqeyinə cavab: "Bəs narkotika?"

Zaxarovadan Kiyevin NATO mövqeyinə cavab:    "Bəs narkotika?"
  08 Aprel 2024    Oxunub:1045
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ukraynalı siyasətçilərin ölkənin NATO-ya üzvlüyündə israrlı olmaması barədə açıqlamalarına maraqlı şəkildə münasibət bildirib.
O, Telegram kanalında paylaşım edərək məsələyə istehzayla yanaşıb.

“Welt“ Ukraynanın sursat çatışmazlığından yazdı
Belə ki, aprelin 8-də Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “Yeni Şəfəq” qəzetinə müsahibəsində Kiyevin hazırda hərbi alyansan üzvlük tələb etmədiyini deyib. Onun sözlərinə görə, bu məsələ münaqişə bitəndən sonra müzakirə oluna bilər. Hazırda Ukrayna qoşunlarının silaha ehtiyacı var.

Zaxaraova isə silaha ehtiyac sözünə istehza ilə yanaşaraq yazıb ki, "Narkotiki də əlavə etməyi unudub".

Eyni zamanda, bir gün əvvəl Ukraynanın NATO Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri, Ali Radanın deputatı Yeqor Çernev bəyan etmişdi ki, Qərb alyansda Kiyevin yerini münaqişənin sonuna qədər saxlamalıdır.

AzVision.az



Teqlər:   NATO   Ukrayna   Rusiya  





Xəbər lenti