Uotli Ukraynanı ABŞ-nin düşmənləri sırasına saldı

Uotli Ukraynanı ABŞ-nin düşmənləri sırasına saldı
  08 Aprel 2024    Oxunub:1157
ABŞ-nin Respublikaçılar Partiyasının Milli Komitəsinin rəhbəri Mayk Uotli maraqlı açıqlamalar verib.
O, "Fox News"un efirində çıxışı zamanı Ukraynanı ABŞ-nin geosiyasi rəqibləri hesab edilən Çin və İranla bir sıraya qoyub.

“ABŞ prezidenti Cozef Baydenin məsuliyyətsiz idarəçiliyi Çin, Ukrayna və İrana göstərdi ki, onlar dünya səhnəsində özlərini daha aqressiv hiss edə bilərlər”, - o qeyd edib.

Uotli həmçinin xəbərdarlıq edib ki, bu üç ölkə Amerikanın seçki prosesinə təsir göstərə bilər. Söhbət 2024-cü il noyabrın 5-nə təyin edilmiş prezident seçkilərindən gedir.
AzVision.az



Teqlər:





Xəbər lenti