“Ötən il Qarabağda baş verən məlum proseslərdən (Azərbaycanın antiterror əməliyyatlarını nəzərdə tutur-red.) öyrənməli olduğumuz ən böyük dərs odur ki, əgər Ermənistan yer üzündən yoxa çıxarsa, dünya cəmi 2 gün kədər lənəcək. Sonra hər kəs öz işi ilə məşğul olacaq", - Mirakyan söyləyib.
Onun sözlərinə görə, bugünkü dünyada sülh anlayışı da xeyli şişirdilib: "Məsələn, Braziliya və İndoneziya Ermənistanın məhv edilməsinin fərqinə belə varmayacaqlar. Bəli, Fransa prezidenti bir-iki çıxış edəcək, ABŞ-nin dövlət katibi, bəlkə də prezidenti, həmçinin Rusiya prezidenti ölkəmizin məhvinə görə elə özümüzü günahlandıracaqlar. Vəssalam, hər şey elə bura qədər davam edəcək... Yəni adi çıxışlardan qısa müddət sonra bütün siyasətçilər yenidən öz işləri ilə məşğul olacaqlar.
Bizim üçün bilirsiz real olaraq kimlər kədərlənəcək? Livanlı, suriyalı ermənilər. Həmçinin, Las-Veqasda, Şanxayda, Saratov və Sidneydə yaşayan ermənilər. Niyə onlar? Çünki məhz bu ermənilər sözün həqiqi mənasında yetim qalacaqlar. Biz hamımız bunu dərindən dərk etməliyik və yalnız bundan sonra özümüzə ümid bağlamalıyıq. Məncə mövcud olan bütün problemləri həll edəcəyik. Bütün problemlərimizi həll etmək potensialımız da var”.
AzVision.az