Xarkovda vəziyyət çox ağırdır

Xarkovda vəziyyət çox ağırdır
  08 Aprel 2024    Oxunub:1042
Ruslar Xarkovu atəşə tutmaqda davam edir, şəhərdə vəziyyət çox ağırdır. Eyni zamanda, Ukrayna hakimiyyəti Xarkovu hava zərbələrindən daha çox müdafiə etməyin yollarını axtarır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski əhaliyə müraciətində məlumat verib. "Şəhərdə vəziyyət çox ağırdır, daimi rus terrorudur, indi də demək olar ki, hər gün - hava bombaları ilə. Biz Xarkovu daha çox səmanı mühafizə etmək üçün imkanlar axtarırıq və bu, həm hərbçilər, həm də Ukraynanın bütün diplomatları üçün bir vəzifədir - beynəlxalq ünsiyyətə cavabdeh olan, tərəfdaşlarla hər gün dialoqda olan hər kəs üçün”, - deyə dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, “The Economist” Ukraynadakı hərbi mənbələrə istinadən yazır ki, Rusiya Xarkovu mülki yaşayış üçün yararsız adlandırılan “boz zona”ya çevirmək istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti