İsrail İrana qarşı hücuma hazırdır

   İsrail İrana qarşı hücuma hazırdır
  08 Aprel 2024    Oxunub:893
İsrail ordusu İrana qarşı həm müdafiə, həm də hücumda necə əməliyyat aparacağını bilir.

Bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib. "Bilin ki, İsrail Ordusunun qoşunları bütün istiqamətlərdə - cənubda, şimalda, Yəhudeya və Samariyada (İsrailin İordan çayının qərb sahili üçün təyinatı - red.) və daha uzaq istiqamətlərdə fəaliyyət göstərməyə hazırdır. İsrail ordusu İrana qarşı həm müdafiə, həm də hücumda nə etməli olduğunu bilir. Buna hazırıq, yaxşı müdafiə sistemlərimiz var və həm yaxın, həm də uzaq yerlərdə İrana qarşı necə qətiyyətli davranacağımızı bilirik”, - Halevi bildirib.

O vurğulayıb ki, İsrail təhlükəsizlik sahəsində ABŞ və regiondakı strateji tərəfdaşları ilə sıx əməkdaşlıq edir. “2023-cü il oktyabrın 7-də müharibənin əvvəlindən İran özünü bu müharibədə birbaşa iştirakdan uzaqlaşdırmağa çalışdı, lakin bilirik ki, o, “Hizbullah”dan başlayaraq regiondakı bütün peyklərinə məlumat verir, istiqamətləndirir, maliyyələşdirir və ötürür", - Baş Qərargah rəisi hesab dir.


AzVision.az


Teqlər:





Xəbər lenti