Rusiyada minlərlə ev su altında qaldı

Rusiyada minlərlə ev su altında qaldı
  06 Aprel 2024    Oxunub:1158
Rusiyanın Orenburq vilayətində daşqınlar nəticəsində 2556 ev su altında qalıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, 4208 nəfər fövqəladə vəziyyət zonasından təxliyə edilib.

Bundan əlavə, 306 baş heyvan sel zonalarından təhlükəsiz ərazilərə köçürülüb.

Məlumata görə, sel pik həddə çatıb və bir sıra ərazilərdə bəndin uçması səbəbindən vəziyyət çətinləşib.

Həmidə İbrahimova

AzVision.az



Teqlər: Sel   Rusiya  





Xəbər lenti