Könüllülərə hücum edən israilli zabitlər ordudan qovulur

Könüllülərə hücum edən israilli zabitlər ordudan qovulur
  05 Aprel 2024    Oxunub:1084
İsrail ordusu "World Central Kitchen" (WCK) humanitar təşkilatının könüllülərinə hücumu ciddi səhv adlandırıb.
İsrail Müdafiə Nazirliyinin (ÇAXAL) bəyanatında deyilir ki, bu zərbələrin endirilməsinə cavabdeh olan zabitlər vəzifələrindən uzaqlaşdırılacaqlar.

İtintaq belə bir qənaətə gəlib ki, İsrail ordusunun zabitlərin könüllüləri Fələstin HƏMAS hərəkatının üzvləri ilə səhv saldığını etiraf ediblər.

“Yanlış identifikasiya, qərar qəbul etmə zamanı səhvlər və standart əməliyyat prosedurlarına zidd olan hücum nəticəsində böyük uğursuzluq baş verib”, - ÇAXAL bəyan edib.
AzVision.az



Teqlər:





Xəbər lenti