Meksikada 5 bal gücündə zəlzələ olub

Meksikada 5 bal gücündə zəlzələ olub
  05 Aprel 2024    Oxunub:1132
Meksikanın cənubundakı Çiapas ştatında 5 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 17 min nəfər əhalisi olan Pixixiyapan şəhərindən 37,5 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 65,8 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
AzVision.az



Teqlər:





Xəbər lenti