Qərb Moldovanı "ikinci Ukrayna"ya çevirir?

Qərb Moldovanı    "ikinci Ukrayna"ya    çevirir?
  05 Aprel 2024    Oxunub:1129
Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğursuzluğu fonunda Moldovanı Rusiyaya qarşı plasdarm kimi istifadə edə bilər.
Bu fikirlər Pentqon rəhbərinin keçmiş köməkçisi Stiven Brayanın “Asia Times” qəzetində dərc olunan məqaləsindəndir.

NATO-dan yeni "Berlin divarı" planı - Kiyev əraziləri güzəştə gedir?
“Kiçik ölkə olan Moldovada böyük problemlər yarana bilər. Bu ərazi Rusiyanın Ukraynada qələbəsi halında Avropa İttifaqının yeni fəaliyyəti üçün plasdarm kimi görünməyə başlayır”, - nəşr yazıb.

Brayanın fikrincə, hazırda müvafiq planın Qərb üçün uğurlu olub-olmayacağı bəlli deyil. Çünki bu ölkə iki istiqamətə -avroyönümlü və rusiyapərəstlərə bölünüb.

Məqalə müəllifi xatırladır ki, Amerika qoşunları artıq Moldovaya rumınlarla birlikdə "JCET 2024" adlı hərbi təlimlərdə iştirak etmək üçün yerləşdiriliblər. Təlimlər aprelin 1-dən 19-dək keçiriləcək.
AzVision.az



Teqlər:   Moldova   Rusiya  





Xəbər lenti