ABŞ senatorları: NATO ölkələrinin müdafiə xərcləri yoxlanılsın

   ABŞ senatorları:    NATO ölkələrinin müdafiə xərcləri yoxlanılsın
  05 Aprel 2024    Oxunub:971
ABŞ-da bir qrup respublikaçı senator ölkənin müdafiə naziri Lloyd Ostinə ünvanladıqları məktubda aprelin 25-dən gec olmayaraq NATO üzvlərinin müdafiə xərcləri hədəflərini yerinə yetirib-yetirmədiyini bildirməsini xahiş edib. Onlar müdafiə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyən ölkələr üçün cavabdehlik tələbini irəli sürüblər.
AzVision.az “Politico” nəşrində dərc olunan məktuba istinadən xəbər verir ki, 21 respublikaçı senator ABŞ hərbçilərinin yerləşdirilməsi və təlimləri ilə bağlı Pentaqonun qanununa əsasən NATO üzvlərinin ÜDM-in ən azı 2%-i səviyyəsində müdafiə xərcləri ayırmasını nəzərdə tutan müddəanın necə həyata keçirdiyini öyrənməyi xahiş edib.

Amerikalı qanunvericilər 32 ölkədən yalnız 11-nin öhdəliklərini yerinə yetirməsindən narahatdırlar. Ooptimist hesablamalara görə isə, bu il NATO üzvlərindən yalnız 18-nin öz öhdəliklərini yerinə yetirəcəyi gözlənililir.

“Əgər digər NATO üzvləri də bunu etmək istəməsələr və ya edə bilməsələr, ABŞ-nin maliyyə öhdəliklərini yerinə yetirməsi gözlənilə bilməz. Hökumətimiz bu müttəfiqləri məsuliyyətə cəlb etməlidir. Buna görə də, biz aprelin 25-dən gec olmayaraq Pentaqonun NATO üzvlərinin müdafiə xərcləri ilə bağlı ABŞ-nin yeni qiymətləndirməsini tələb edirik”, - məktubda deyilir.

Senatorlar NATO-nun xeyriyyə təşkilatı yox, hərbi ittifaq olduğunu və alyansın bütün üzvlərinin kollektiv müdafiə yükünün əhəmiyyətli hissəsini daşıması zərurətini vurğulayırlar.

Əslində, respublikaçı senatorların bu iddiaları yenidən ABŞ-nin prezidenti seçilməyə ən böyük şansı olan Donald Trampın NATO üzvləri ilə bağlı dəfələrlə səsləndirdiyi tənqidi bəyanatlarla tam üst-üsə düşür. Bu isə o deməkdir ki, əksər resbublikaçılar noyabrda keçiriləcək prezident seçkilərində Trampın qalib gələcəyinə nəinki şübhə etmirlər, hətta indidən onun gələcək siyasətini dəstəkləməyə başlayıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   NATO  





Xəbər lenti