Albaresdən mümkün dünya müharibəsi barədə proqnoz

Albaresdən mümkün dünya müharibəsi barədə proqnoz
  05 Aprel 2024    Oxunub:976
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares diqqət çəkən açıqlamalar verib.
O, RNE-yə açıqlamasında deyib ki, hazırda üçüncü dünya müharibəsinin yaxınlaşmasına dair heç bir əsər-əlamət yoxdur.

O qeyd edib ki, heç "NATO-da da müharibə təbilləri səslənmir". İspaniyanın baş diplomatı əmin edib ki, alyansdan hansısa “hücumedici hərəkətlər” olmayacaq.

“Hazırda bizim üçüncü dünya müharibəsinə doğru getməyimizə dair heç bir əlamət yoxdur. Yaxud da Avropa, NATO, bəzi Aİ üzv dövlətləri istənilən ölkə ilə müharibə edə biləcəyini deyə bilmərik”, - XİN rəhbəri hesab edir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra tez-tez Üçüncü Dünya Müharibəsinin yaxınlaşması barədə rəsmi açıqlamalar səslənir. Bu xüsusda Rusiyanın nüvə silahından istifadə edəcəyinə dair isə ehtimallar artmaqdadır.
AzVision.az



Teqlər: İspaniya  





Xəbər lenti