Yeni cəbhə: İsrail-İran müharibəsi başlayır?

      Yeni cəbhə:    İsrail-İran müharibəsi başlayır?
  05 Aprel 2024    Oxunub:849
İsrail ixtiyarında olan kəşfiyyat məlumatlarına istinadən ABŞ-a bildirib ki, İran öz ərazisindən İsrailə raket zərbəsi endirməyə hazırlaşır.
Bu barədə Axios portalı İsrail mənbələrinə istinadən məlumat yayıb. İsrail rəsmiləri İranın öz ərazisindən uzaq mənzilli ballistik raketlər, qanadlı raketlər və ya pilotsuz uçuş aparatlarından istifadə etməklə İsrailə hücum edə biləcəyini göstərən kəşfiyyat məlumatlarına malik olduqlarını bildiriblər.



İsrail ABŞ-a bildirib ki, İran öz ərazisindən hücuma keçərsə, Qüdsün güclü cavab reaksiyasına səbəb olacaq və mövcud münaqişəni başqa səviyyəyə daşıyacaq. “Axios” ABŞ və İsrail rəsmilərinə istinadən yazır ki, çərşənbə günü İsrailin müdafiə nazirləri Yoav Qalant və ABŞ-ın Lloyd Ostin arasında telefon danışığı zamanı İranın hərəkətləri nəticəsində gərginliyin koordinasiyası və eskalasiyaya hazırlıq məsələsi geniş müzakirə olunub.



İsrailin baş naziri Benyamin Netanyahu isə İsrail Təhlükəsizlik Kabinetinin iclasında deyib: "Biz özümüzü necə qoruyacağımızı biləcəyik və əsas prinsipə uyğun hərəkət edəcəyik: kim bizə pislik etsə və ya bizə zərər verməyi planlaşdırsa, biz də ona zərər verəcəyik".

İsrail İranın təhdidlərinə görə 28 səfirliyini bağladı
Ağ Evin məlumatına görə, ABŞ prezidenti Co Bayden Netanyahu ilə telefon danışığı zamanı İrandan İsrailə qarşı təhdidləri müzakirə edib. Vurğulanıb ki, ABŞ prezidenti Bayden ABŞ-ın bu cür təhdidlər qarşısında İsrailin yanında möhkəm dayandığını açıq şəkildə ifadə edib.



Qeyd edək ki, aprelin 1-i Suriya hakimiyyəti İsrailin Dəməşqin cənub-qərbində İran konsulluğunun binasını vurduğunu bildirib. Sonradan məlum olub ki, hücum nəticəsində xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı və beş zabiti həlak olub.



SEPAH bu hücuma İsrailə qarşı “ölümcül zərbələr”lə cavab verəcəyini bildirib. Xəbər verildiyi kimi, İsrail Tehranın təhdidləri ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirir. İsrailin müdafiə qüvvələri xüsusilə hava hücumundan müdafiə və kəşfiyyat bölmələri yüksək hazırlıq vəziyyətindədir. İsrail hərbçiləri döyüşlərdə iştirak edən hərbçilərinin tətillərini ləğv edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti