PUA-ların Rusiyaya kütləvi hücumu

   PUA-ların Rusiyaya kütləvi hücumu
  05 Aprel 2024    Oxunub:1043
Bu gün səhər saatlarında Rusiyanın müxtəlif vilayətləri və şəhərləri pilotsuz uçan təyyarələrin kütləvi hücumuna məruz qalıb.
AzVision.az xəbər verir ki, Rusiyanın Saratov vilayətinin qubernatoru Roman Busarqin aprelin 5-də səhər saatlarında Engels şəhəri üzərində bir PUA-nın vurulduğunu bildirib.

“Bu gün səhər tezdən Engelsdə PUA məhv edilib. Dağıntılar nəticəsində ölən və ya infrastruktura ziyan dəyməyib”, - qubernator özünün teleqram-kanal səhifəsində yazıb.

Engels şəhəri orada Tu-95 və Tu-22 ağır bombardmançı təyyarələrdən ibarət bazanın yerləşməsi ilə tanınır. Bu təyyarələrdən Ukraynanın dərinliklərinə uzaq məsafələrdən, adətən Xəzər regionundan qanadlı raketlərlə zərbələr endirmək üçün istifadə olunur. Bəzi mənbələr həmin aerodrom yaxınlığında partlayışların olduğunu yazıb.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri 2022-ci ilin sonunda Engelsdəki hərbi aerodroma iki dəfə hücum edib. Bunun üçün onlar Ukrayna sərhədindən 700 km uzaqda yerləşən obyektə zərbələr endirən Tu-141 Swift pilotsuz təyyarələrindən istifadə ediblər.

Rusiya Müdafiə Nazirliyi isə bu gün səhər Saratov vilayətində bir, Rostov vilayətində isə 44 PUA-nın vurulduğunu bildirib. Nazirliyin məlumatına görə, Krasnodar diyarı üzərində 6, habelə Kursk və Belqorod vilayətləri üzərində daha iki PUA vurulub. Rostov vilayətinin qubernatoru Vasili Qolubev PUA-ların kütləvi hücumunun Morozovsk rayonunda baş verdiyini deyib. Nəticədə elektrik yarımstansiyasına ziyan dəyib. Morozovskdan 3 km cənub-qərbdə isə aktiv hərbi aerodrom yerləşir.

Ukrayna tərəfi hələlik bu bəyanatlara münasibət bildirməyib.
AzVision.az


Teqlər: PUA   Rusiya  





Xəbər lenti