Yaralansa da, 30-a yaxın əsgər öldürdü
Nəşrin məlumatına görə, Donetskin Novomixaylovka bölgəsində aparılan ağır döyüşlər zamanı qrup komandiri ağır yaralanıb. Ona görə də “Burxat” komandanlığı öz üzərinə götürüb. O, dəstəsi ilə Ukrayna Silahlı Qüvvələrinin mövqelərindən birini ələ keçirib. “Burxat” Ukrayna hərbçilərinin beş əks-hücumunu dəf edib. Nəticədə, Rodomir Maksimov iki gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 27 əsgərini vura bilib.
Hərbi jurnalistlər yazırlar ki, döyüş zamanı pulemyotçu ayağından və qolundan yaralanıb. Lakin o, daha iki gün öz mövqeyini müdafiə etməyi bacarıb. O, öz dəstəsi ilə birlikdə bir tankı və Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbçisini sıradan çıxarsa da, daha bir xəsarət alıb.
AzVision.az
Teqlər: Rusiya