ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əleyhinədir - New York Times

ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əleyhinədir    - New York Times
  05 Aprel 2024    Oxunub:692
NATO ölkələrinin liderləri Rusiya ordusunun irəliləməsinə və Ukraynanın böyük ərazi itkiləri təhlükəsinə baxmayaraq, alyansın 75 illliyi münasibətilə iyulda keçiriləcək sammitdə Kiyevi hərbi birliyə qoşulmağa dəvət etməyəcəklər.
Bu fikirlər New York Times-da dərc olunan məqalədəndir.

Nəşr yazıb ki, alyansın indi NATO-nu 1945-ci ildən bəri Avropada ən böyük quru müharibəsinə sürükləyəcək yeni üzvü qəbul etmək arzusu yoxdur. Qəzetin mənbələri konkret olaraq ABŞ və Almaniyanın Ukraynanın alyansa qəbul edilməsinin əleyhinə olduqlarını bildiriblər.

Xatırladaq ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova da oxşar mövzuda açıqlama vermişdi. Onun sözlərinə görə, Ukrayna Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvülüyə dəvət olunmayıb.

AzVision.az



Teqlər: NATO  





Xəbər lenti