"Ukrayna ordusunun müdafiə sistemlərinə ehtiyacı var" - Yermak

"Ukrayna ordusunun müdafiə sistemlərinə ehtiyacı var" -  Yermak
  05 Aprel 2024    Oxunub:819
"Orduda silah çatışmazlığı və ABŞ Konqresində Kiyevə yardım paketinin ayrılması ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda Ukrayna üçün kritik an yaxınlaşır".
AzVision.az xəbər verir ki, bunu “Politico” qəzetinə müsahibəsində Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak deyib.

O, Ukraynaya ABŞ-dan yardımın ayrılmasına dair qanun layihəsinin apreldə qəbul ediləcəyinə ümid etdiyini bildirib. Ukrayna üçün problemin vaxt olduğunu qeyd edən Yermak bildirib ki, ordunun əlavə hava hücumundan müdafiə sistemlərinə və raketlərə ehtiyacı var.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti