Paşinyan Brüsselə gedib

   Paşinyan Brüsselə gedib
  04 Aprel 2024    Oxunub:791
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşündə iştirak üçün Belçikanın paytaxtı Brüssel şəhərinə işgüzar səfərə yollanıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetindən bildirilib.

Belə ki, sabah Paşinyanın Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və ABŞ Dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüşü, habelə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer ilə görüşü nəzərdə tutulur.

AzVision.az


Teqlər: Ermənistan     Brüssel   görüş  





Xəbər lenti