Lavrovdan sülhlə bağlı maraqlı açıqlama

Lavrovdan sülhlə bağlı maraqlı açıqlama
  04 Aprel 2024    Oxunub:981
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna lideri Vladimir Zelenskinin ölkəsinin müharibədən əvvəlki sərhədlərə qayıtması şərti ilə sülh danışıqlarının aparılmasının mümkünlüyü barədə bəyanatını şərh edib.
“Arzulamağın heç bir zərəri yoxdur. Gülməlidir, bu, yazıq bir görüntü yaradır”, - nazir Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdən sonra deyib.

Xatırladaq ki, bir neçə gün öncə Zelenski Amerikanın CBS News telekanalına müsahibə verərəkən Kiyev və Moskva arasında sülh danışıqlarının başlanmasını mümkün sayıb. Onun sözlərinə görə, bu, Ukraynanın 2022-ci il sərhədlərinə qayıtması şərtilə mümkündür.

AzVision.az



Teqlər: Lavrov  





Xəbər lenti