Qəzzada 33 mindən çox insan həlak olub

  Qəzzada 33 mindən çox insan həlak olub
  04 Aprel 2024    Oxunub:564
Oktyabrın 7-dən bu yana Qəzza zolağında həlak olanların sayı 33 037 nəfərə çatıb.
AzVision.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə HƏMAS tərəfindən idarə olunan Səhiyyə Nazirliyi məlumat yayıb. Son 24 saat ərzində ölənlərin sayı 62 nəfər olub.

Xatırladaq ki, İsrail ordusu hücuma oktyabrın 7-də Həmas yaraqlılarının təxminən 1200 israillini öldürməsindən sonra başlayıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti